• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Misir prezidenti: "Terror aktında xarici qüvvələrin əli olub".

  • Dünya
  • 26 Oktyabr 2014 01:35
  • 752 Baxış
Misir prezidenti: "Terror aktında xarici qüvvələrin əli olub".

"Sinay yarımadasında terror aktında xarici qüvvələrin əli olub".

Publika.az xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi dövlət televiziyasının bir başa efirində xalqa müraciət edərkən deyib. Onun fikrincə bu hadisə kənardan dəstəklənməklə törədilib və məqsəd ordunun və Misir xalqının iradəsini qırmaq, dövləti zəiflətməkdir.

O, bildirib ki, Misirin hakimiyyəti terrorla mübarizədə sərt tədbirlər görmək əzmindədir.

Xatırladaq ki, oktyabrın 24-də Sinay yarmadasının şimalında, Şeyx Züveydə iki hərbi texnika partladılıb. Il-Arişdı isə hərbi nəzarət məntəqəsinə silahlı hücem olub. Nəticədə 33 hərbi qulluqçu həlak olub, 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə ilə əlaqədar olaraq Sinay yarmadasında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR