Politoloq: “Poroşenko koalisiyadan kənarda qala bilər”
Bizi izləyin

Dünya

Politoloq: “Poroşenko koalisiyadan kənarda qala bilər”

“Ukraynada “Poroşenkonun Bloku”nun iştirakı olmadan koalisiyanın yaradılması imkanlarını istisna etmək olmaz”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinski bildirib.

“Poroşenkonun Bloku”ndan yüksək nəticələr gözlənilir, amma son iki həftədə mənfi dinamika müşahidə olunur. Bu baxımdan da düşünmək olar ki, bəlkə də əksəriyyət Poroşenkosuz olacaq. Koalisiya ola bilər, amma Poroşenkosuz", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, seçki baryeri keçən çoxsaylı partiyalar Poroşenkoya qarşı birləşə bilərlər.

Qeyd edək ki, bu gün Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilib. 423 deputat seçiləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 198 deputat majoritar, 225 isə partiya siyahıları üzrə seçiləcək. Partiyalar isə 5 faizlik baryeri keçməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm