Ankaradakı partlayışda 20 yaralı – FOTO/VİDEO - Yenilənir
Bizi izləyin

Dünya

Ankaradakı partlayışda 20 yaralı – FOTO/VİDEO - Yenilənir

Türkiyənin paytaxtı Ankarada Ostim Sənaye Binasında şiddətli partlayış baş verib.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, partlayış Ostim daxilində olan Özpətək Sənayə binasında olub. Nəticədə, xeyli insanın yaralandığı bildirilir. Bölgəyə çoxlu sayda yanğınsöndürən və ambulans cəlb edilib.

Son məlumata görə, partlayış karbon oksidinin qatı halı olan quru buzun yük avtomobilindən düşürüldüyü vaxt baş verib. Şiddətli partlayış nəticəsində içəridə olan 5 nəfər yaralanıb. Partlayışdan sonra küçə, demək olar ki, dumanla örtülüb. İnsanlar təşviş içində hadisə yerindən qaçıblar.

Artıq yaralılara ilkin tibbi yardım göstərilib. Aralarında bir uşağın da olduğu yaralılar daha sonra ətrafdakı xəstəxanalara aparılıb.

******

Türkiyənin paytaxtı Ankarada Ostim Sənaye Binasında şiddətli partlayış baş verib.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, partlayış Ostim daxilində olan Özpətək Sənayə binasında olub. Nəticədə, xeyli insanın yaralandığı bildirilir. Bölgəyə çoxlu sayda yanğınsöndürən və ambulans cəlb edilib.

Publika.az

video

Oxumağa davam et
Reklam
Reklam

Gündəm