Rusiya Arktikada 13 aerodrom, 10 RLS tikəcək
Bizi izləyin

Dünya

Rusiya Arktikada 13 aerodrom, 10 RLS tikəcək

Rusiya Arktikada 13 aerodrom və 10 texniki radiolakasiya stansiyası (RLS) tikməyi planlaşdırır.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli idarə mərkəzinin rəhbəri general-leytenant Mixail Mizinsev bildirib.

“Rusiya Arktika regionunda ölkənin hərbi təhlükəsizliyinin təmin olunması üçün 13 aerodrom, bir yerüstü aviasiya poliqonu və 10 texniki radiolakasiya stansiyası tikintisi planlaşdırılır. Arktik zonada mərhələli şəkildə hərbi infrastruktur inkişaf edir və hərbi hissələri formalaşdırılır. Hərbi obyektlərin Vranqelya, Kotelnoy, Novaya Zemlya, Aleksandrada, həmçinin Şmidt burnunda tikintisi nəzərdə tutulub”, - deyə rusiyalı general vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm