Dünya
Ukraynalı komandirdən xəbərdarlıq: İlovayskdan da böyük faciə yaşaya bilərik
“Separatçıların Mariupola deyil, Berdyansk rayonuna hücum etmə ehtimalı daha böyükdür”.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın “Azov” könüllü batalyonunun komandiri Andrey Bileski “5 kanal”ın efirində edib.
Onun sözlərinə görə, Berdyanskda böyük faciə yaşana və itkilərin miqyası İlovayskda verilən itkilərdən daha böyük ola bilər: “Hamı anlayır ki, Mariupolu zərbə altına qoymayacaqlar, bu separatçılar üçün çox ağrılı olardı. Biz İlovaysk ilə müqayisə edilə bilməyən faciəni yaşaya bilərik. Biz nədənsə bu istiqamətdə möhkəmləndirmə işləri aparmırıq”.
Qeyd edək ki, Berdyansk şəhəri Azov dənizi sahilində yerləşir və Zaporojye vilayətinin inzibati mərkəzidir. Berdyansk rayonu Mariupol ilə yanaşı Rusiyadan Krıma gedən quru yolunun üzərində yerləşən strateji məntəqədir.
Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk isə Mariupol şəhəri ətrafında separatçı qüvvələrin fəallığının müşahidə olunduğunu bildirib. Hərbi ekspert qeyd edib ki, Rusiya qoşununun batalyon taktik qrupu Novoazovsk rayonu istiqamətindən Mariupol istiqamətinə yerini dəyişib. D.Tımçuk batalyon taktik qrupunun Rusiya muzdluları (“kadırovçular”, osetinlər və kazaklar), həmçinin yerli separatçılardan təşkil olunduğunu bildirib.
“Donetsk Xalq Respublikası” separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko yaxın vaxtlarda Mariupol şəhərini ələ keçirməyi planlaşdırdıqlarını deyib. “Azov” batalyonun komandiri isə hesab edir ki, qarşı tərəf bu cür xəbərdarlıqlarla əsas hədəflərini gizlətməyə çalışır.
Ömər Dağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ