Dünya
Gülən islamçılara “münafiq” dedi – VİDEO
Fətullah Gülən özünə müxalif olan siyasətçi və ziyalılara qarşı ittihamlar irəli sürüb.
Publika.az-ın məlumatına görə, hər həftə Fətullah Gülənin söhbətləri youtube.com video paylaşma saytında yayımlanır. Ancaq Gülən sonuncu söhbətində din adamına yaraşmayan ifadələr işlədib. Belə ki, o, özünə müxalif olan şəxslər haqqında ağır ittihamlar irəli sürüb.
Oktyabrın 29-da yayımlanan videoda Fətullah Gülən yenə tərəfdarlarına üstüörtülü göstərişlər verib. Bundan əlavə Gülən islamçılara qarşı kobud ifadələr işlədib. O, Avropa Birliyinin yox, İslam birliyinin tərəfdarı olan şəxslərə “münafiq” deyib.
Həmişə tolerant olduğunu iddia edən Gülən buhəftəki nitqində “oğru, münafq, yalançı, nifaqçı” kimi kobud sözlərdən istifadə edib.
Fətullah Gülən onu tənqid edən siyasətçi və ziyalıları da yaddan çıxartmayıb, mövcud Türkiyə hökuməti ilə arasında olan problemləri nəzərdə tutaraq AKP iqtidarını “tiran” adlandırıb.
Bələdiyyə seçkisində böyük məğlubiyyətə uğrayan Gülən Türkiyə xalqına səslənib. O, xalqı oyanmağa dəvət edərək, üstüörtülü şəkildə yeni qurulan partiyaya dəstək vermələrini istəyib.
Qabil
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ