Davudoğlunun mədən qərarı: “Dərhal bağlayın”
Bizi izləyin

Dünya

Davudoğlunun mədən qərarı: “Dərhal bağlayın”

Türkiyədə baş nazir Əhməd Davudoğlu mədənlərdə yaranan vəziyyətə müdaxilə edib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi toplantıda çıxış edib. Çıxışdan sonra bir millət vəkili baş nazirə xitabən “cənab baş nazir, kömür mədənində işləyən bir işçidən indicə mənə zəng gəldi. Mədən sahibi bayırda yemək yeməyə qoymur. Yerin altında nahar edirlər” deyib. Baş nazir dərhal köməkçisinə göstəriş verib və şikayət edən millət vəkilinə “köməkçimlə birlikdə dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə əlaqə saxlayın. Mənim göstərişimin olduğunu deyin. O mədənə dərhal müfəttiş göndərilsin. Əgər bu doğrudursa, o mədən dərhal qapadılsın” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm