“Rostov” Atom Elektrik Stansiyasının fəaliyyəti bərpa olundu
Bizi izləyin

Dünya

“Rostov” Atom Elektrik Stansiyasının fəaliyyəti bərpa olundu

“Rostov” Atom Elektrik Stansiyasının enerji bloklarının söndürülməsi nəticəsində dayandırılan enerji təchizatı bərpa edilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Rosenerqoatom" konsernindən bildirilib.

Xatırladaq ki, Rostov şəhərində nüvə stansiyasının elektrik xətlərində baş verən qəza nəticəsində stansiyanın iki enerji bloku fəaliyyətini dayandırmışdı. Atom elektrik stansiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vadim Kaynov iki enerji blokunun təhlükəsizlik sisteminin işləməməsi səbəbindən şəbəkədən ayrıldığını, ciddi narahatlıq üçün əsas olmadığını bildirmişdi.

Qeyd edək ki, “Rostov” Atom Elektrik Stansiyası Simlyan su anbarının sahilində, Volqodonsk şəhərinin 12 kilometrliyində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm