Dünya
Marqvelaşvili: “Rusiya bu hüququ özündə saxladığını düşünür”
“Hazırda Ukraynada 2008-ci ildə Gürcüstanda həyata keçirilən ssenari təkrarlanır”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Almaniyanın “Die Presse” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya postsovet məkanında imtiyazlı maraqlar haqqında danışsa da, bu ölkələrin ərazisinə öz tanklarını yeritmək hüququnu özündə saxladığını düşünür: “Rusiya bununla Avropada sabitliyi və təhlükəsizliyi təhlükə altına qoyur. Dondurulmuş münaqişələr və separatçı rejimlər bütün qitə üçün problemdir. Rusiya Donetsk, Luqansk, Suxumi və ya Sxinvalinin işğalı yolu ilə özünün nə iqtisadi, nə də demoqrafik problemlərini həll edə biləcək”.
G.Marqvelaşvili Rusiyaya qarşı tətbiq olunan sanksiyaları da dəstəklədiyini bildirib: “Amma onlardan məqsəd olaraq istifadə olunmamalıdır. Bizim məqsədimiz Rusiya iqtisadiyyatını məhv etmək deyil. Əsas hədəf Rusiyanı hazırkı kursundan çəkindirməkdir. Amma ən vacib odur ki, bu mövzu gündəlikdə qalsın".
Rusiya ilə münasibətlərə gəlincə, Gürcüstan prezidenti əvvəlki kimi rasional yanaşmanı seçdiklərini qeyd edib: “Biz indi çətin mərhələdəyik. Amma qısa dağıdıcı dövrə görə strategiyanı dəyişdirmirlər”.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi