Türkiyə sərhədində daha bir təhlükə
Bizi izləyin

Dünya

Türkiyə sərhədində daha bir təhlükə

Türkiyənin sərhədində Kobanidən əlavə daha bir təhlükə mənəbəyi yaranıb.

Publika.az xəbər verir ki, Əl Qaidənin Suriya qolu olan Əl Nusra Cəbhəsi Türkiyənin Cilvegözü sərhəd məntəqəsinə bitişik Bab əl-Hava sərhəd məntəqəsini ələ keçirib.

Məlumata görə, Əl Nusra cəbhəsi Azad Suriya Ordusu və Suriya İnqilabçılar Cəbhəsinin nəzarətindəki İdlibin Cəbəl Zaviyə bölgəsinin böyük qisimini nəzarət altına alıb.

Bunula bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Qərargah rəisi general Necdət Özəli təcili yanına çağırıb. Müzakirə olunan məsələlər və qəbul edilən qərarlar barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm