Dünya
BMT nümayəndələri silahlı hücum edilib
Suriyanın Homs əyalətində yerli əhaliyə humanitar yardım aparan BMT nümayəndələri silahlı hücuma məruz qalıblar.
Hücum nəticəsində biri nisbətən ağır olmaqla, azı 4 ilkin tibbi yardım işçisi yaralanıb. Silahlı hücum əməliyyatı döyüşlərin qızğın getdiyi bölgələrdən birində baş tutub. Silahlılar BMT nümayəndələrinin avtomobilinə atəş açıblar. Bununla belə, rəsmilər humanitar yardımı lazımi məntəqələrə çatdıra biliblər.
Bir qədər əvvəl Suriya hökuməti döyüşlərdən əziyyət çəkənlərə humanitar yardım edilməsi və mühasirədə olan 2500-dən çox suriyalının təxliyə edilməsi üçün 3 günlük atəşkəs elan etmişdi.
Atəşkəsin kim tərəfindən pozulduğu isə məlum deyil. Bununla belə müxalifət rəhbərliyi hücuma görə, hökumət qüvvələrini günahlandırıb.
Hələb şəhərində isə, hərbi hava qüvvələrinin üsyançılara qarşı əməliyyatlarında növbəti dəfə mülki yaşayış məntəqələri zərbələrə məruz qalıblar. Aviazərbələrdən biri azı 15 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.
Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya məsələsi ilə əlaqədar amerikalı həmkarı Con Kerri ilə telefon bağlantısı yaradıb. Tərəflər sabah keçiriləcək "Cenevrə - 2" danışıqlarının növbəti mərhələsi ilə bağlı müzakirələr aparıblar. Rusiya xarici işlər nazirliyindən verilən məlumata görə, telefon danışığı Amerika hökumətinin təşəbbüsü ilə baş tutub.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi