Iraqda İŞİD-ə ağır zərbə:73 ölü
Bizi izləyin

Dünya

Iraqda İŞİD-ə ağır zərbə:73 ölü

İraq ordusu və könüllü briqadaların İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları davam edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyi bugünkü əməliyyatlarla bağlı məlumatı açıqlayıb.

Məlumata görə, ölkənin Səlahəddin və Diyaliz vilayətlərində təşkil edilən əməliyyatlarda ümumilikdə 73 İŞİD üzvü öldürülüb. Səlahəddin vilayətinin Mekhul Dağı bölgəsində İŞİD-ə məxsus hərbi düşərgə İraq döyüş təyyarələri tərəfindən bombalanıb. Düşərgədəki İŞİD-in 40 üzvü öldürülüb, silah və ərzaqla yüklənmiş 10 avtomobil isə məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm