Britaniya “Ağ dul qadın”ın Donbasda öldürüldüyünə inanmır
Bizi izləyin

Dünya

Britaniya “Ağ dul qadın”ın Donbasda öldürüldüyünə inanmır

Böyük Britaniya İnterpolun axtarışında olan “Ağ dul qadın"ın Donbas hövzəsində öldürülməsi barədə informasiyanı yoxlayır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın “The Daily Mail” nəşri Britaniya Xarici İşlər Nazirliyinin adını açıqlamayan nümayəndəsinə istinadən yazıb.

Qeyd edək ki, Rusiyanın “Regnum” agentliyi “Ağ dul qadın" ləqəbli məşhur britaniyalı terrorçu Samanta Lyusueytin Donbas hövzəsində döyüş əməliyyatlarının gedişatında öldürüldüyü barədə xəbər verib. İnformasiyanın konkret mənbəyi isə göstərilməyib. Ukrayna antiterror güclərinin tərkibində vuruşduğu deyilən terrorçunun öldürülməsi barədə xəbəri rəsmi mənbələr hələlik təsdiqləməyib.

Keniyada həyata keçirilən son terror olaylarının əsas təşkilatçısı və iştirakçısı hesab olunan Böyük Britaniya vətəndaşı olan Samanta Lyusueytin axatarışı ilə İnterpol məşğul olur. 30 yaşlı Samanta Lyusueyt Keniyanın paytaxtı Nayrobidəki Vestqat Ticarət Mərkəzində 2013-cü ildə həyata keçirilən və 70-ə yaxın adamın ölümünə səbəb olan terror aktında ittiham edilir. Keniya hökumət orqanları hələ 2011-ci ildə ölkənin ikinci ən böyük şəhəri olan Mombasda həyata keçirilən terror aktında Samanta Lyusueytdən şübhələnərək onun barəsində axtarış elan etmişdilər.

Nayrobidə həyata keçirilən son terror olaylarından sonra məlum olub ki, “Ağ dul qadın” ləqəbli terrorçu qadın ölkə daxilində Natali Vebbin adına olan saxta pasportla hərəkət edib. Samanta Lyusueyt Jermen Lindsey ( Abdulla Şahid Camal) adlı terrorçu ilə evil olub. Müsəlmanlığı qəbul edən bu qadın əvvəllər olduqca yumşaq, qan tökülməsinə qarşı çıxan humanist və xeyirxah bir xanım kimi tanınıb. Onun həyat yoldaşı Jermen Lindsey 2005-ci ildə London metrosunu partladan və bu zaman həlak olan 4 terrorçudan biridir. Jermen Lindseyin ölümündən sonra birdən-birə dəyişən Samanta Lyusueyt həyat yoldaşının işini davam etdirmək və intiqam almaq qərarına gələrək, qısa müddətdə dünyada ən məşhur və ələkeçməz terrorcu qadın kimi tanınıb. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Afrika qitəsində həyata keçirilən ən cəsarətli terror olaylarının təşkilatçılarından biri kimi tanınır.

“Regnum” agentliyinin məlumatına görə, Lyutueyt təxminən iki həftə əvvəl Donetsk və Luqansk “xalq respublikaları” arasındakı mərkəzi nəqliyyat məntəqəsi olan Debaltsevo şəhəri ərazisində öldürülüb. Onun Rusiyadan Donbas hövzəsinə gələn snayper tərəfindən vurulduğu deyilir. Məlumata görə, “Ağ dul qadın” Donbas hövzəsindəki silahlı konfliktdə snayper kimi “Aydar” könüllü batalyonunun tərəfində vuruşurmuş.

Britaniyanın “The Daily Mail” nəşri isə qeyd edir ki, britaniyalı heç vaxt Ukrayna ilə bağlı olmayıb. Nəşr qeyd edir ki, terrorçunun “İslam Dövləti" döyüşçülərinə qoşularaq Suriya və İraqda vuruşduğu barədə məlumatlar var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm