Dünya
Almaniya nəşri: “Azərbaycan hərbi blokların diqqət mərkəzindədir”
“Azərbaycan müxtəlif hərbi blokların diqqət mərkəzindədir”.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın
“Neue Zürcher Zeitung” nəşri yazıb.
Nəşrə görə, Qərb-Rusiya qarşıdurmasında Bakı ən əhəmiyyətli
faktordur: “Tərəflərin hər biri Azərbaycanı ələ almaq istəyir. Bu,
onlar üçün vacibdir. Qərbin NATO-su da, Rusiyanın KTMT-sı da, bir
sıra digər hərbi bloklar üçün Azərbaycan potensial tərəfdardır.
Lakin Bakı öz tərəfini bəlli edib və heç bir bloka qoşulmaq
niyyətində olmadığını açıqlayıb”.
Azərbaycanla yanaşı Qazaxıstanın da diqqət mərkəzində olduğunu
yazan nəşr Bakını Cənubi Qafqazın, Astananı isə Mərkəzi Asiyanın
gözü adlandırıb.
“Ukrayna böhranından sonra bir çox ölkələr siyasi və iqtisadi
kurslarını bəlli edirlər. Onlar bir növ buna məcburdurlar.
Azərbaycan və Qazaxıstan əsaslı enerji mənbələrinə sahibdirlər.
Bakı neftini daha çox Qərb alsa da, Qazaxıstan nefti üçün əsas
bazar Çin və Rusiyadır. Astana həm də Rusiyanın Avrasiya
İttifaqında əsas oyunçu olaraq yer alır”, - deyə nəşr bildirir.
Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi
Qafqaz və Mərkəzi Asiya səfərlərinə diqqət çəkən “Neue Zürcher
Zeitung” bunu Avropa Birliyinin Bakı və Astanaya xüsusi dəstək
jesti olduğunu yazıb: “Alman nazir Avropanın mövqeyini bu ölkələrə
çatdırdı. Maraqlıdır ki, bir sıra Avropa təşkilatlarının
Azərbaycanı və Qazaxıstanı ittiham etdiyi insan haqları məsələsi
Ştaynmayerin səfərində gündəmə gəlmədi. Görünür, Avropa ehtiyatla
hərəkət edir. Rusiya prezidenti Vladimir Putinin avqust ayında
“Qazaxıstan böyük rus torpaqlarının bir hissəsidir” bəyanatı,
həmçinin Astananın dövlətçilik ənənələrinə sahib olmaması haqqında
dedikləri münasibətləri müəyyən qədər soyutmuşdu. Məhz həmin
ərəfədə Ştaynmayerin regiona səfəri ən azından simvolik dəstək
xarakteri daşıyırdı. Yəni Qərb “sizin yanınızdayıq” mesajını hər
iki ölkəyə verirdi”.
Asif Nərimanlı
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama