Məmurun evindən 37 kq qızıl, 19,6 mln dollar tapıldı
Bizi izləyin

Dünya

Məmurun evindən 37 kq qızıl, 19,6 mln dollar tapıldı

Müstəntiqlər korrupsiya ilə bağlı günahlandırılan Beidaihe Water Supply Corporation kompaniyasının keçmiş başçısı Ma Çao Tsyunun evindən 37 kiloqram qızıl, 62 ev sənədi və 120 milyon yuan (19,6 milyon dollar) müsadirə ediblər.

Publika.az-ın məlumatına görə, Ma Çao Tsyuna rüşvətxorluq və ictimai vəsaitin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb.

Ölkədə hakimiyyətə başda Cin Kommunist Partiyası (ÇKP) MK-nin baş katibi Si Çinpin olmaqla Çin rəhbərlərinin “beşinci nəslin”in gəlməsindən sonra korrupsiya əleyhinə irimiqyaslı kampaniya başlayıb. Yeni rəhbərlik partiyanın işinin yaxşılaşdırılması və əhali arasında nüfuzunun yüksəldilməsi məqsədi ilə ilk növbədə məmurlar arasında korrupsiyanın kökünün kəsilməsi sahəsində aktiv mübarizəyə başlayıb.

Ali xalq prokurorluğunun antikorrupsiya departamentindən verilən məlumata görə bu ilin ilk doqquz ayı ərzində rüşvətxorluq maddəsi ilə 21 min 650 məmura cinayət işi açılıb və onlardan 13 min 400-nün təqsiri sübuta yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm