“G20” Putinin Qərbə güc nümayişi ilə başlayır
Bizi izləyin

Dünya

“G20” Putinin Qərbə güc nümayişi ilə başlayır

“Böyük iyirmiliyin” (“G20”) Avstraliyanın Brisben şəhərində keçirilən sammiti Rusiya prezidenti Vladimir Putinin Qərbə güc nümayişi ilə başlayıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, BRİKS liderləri sammitdə BRİCS İnkişaf Bankının müvəqqəti Direktorlar Şurasının formalaşdırılması barədə razılığa gəliblər.

BRİKS-in “mini sammiti”ndə quruma üzv ölkələrin liderləri – Rusiya prezidenti V.Putin, Hindistanın baş naziri Narenda Modi, Braziliya prezidenti Dilma Ruseff, Çin Xalq Respublikasının sədri Si Szinpin və Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Ceykob Zuma iştirak edib. İnkişaf Bankının müvəqqəti Direktorlar Şurasının başçısı təşkilatın növbəti sammitinə qədər təyin ediləcək. Liderlər maliyyə nazirlərinə və Mərkəzi Bankların rəhbərlərinə növbəti sammitə qədər Başçılar Şurasının iş prinsiplərini müəyyən edən prosedurun və Əməliyyat razılaşmasının Qaydalarının qəbulunu təmin etməyi tapşırıblar.

BRİKS İnkişaf Bankı 100 milyard dollar kapital və 100 milyard dollar rezerv valyutası ilə yaranacaq. Bankın qərargahı Şanxayda yerləşəcək və ilk sədri Hindistan olacaq. İndi BRİKS dünya əhalisinin 42 faizini, dünya ümum daxili məhsulunun isə 25 faizini özündə ehtiva edir. Ancaq Bankın bir çox praktiki problemləri var. Belə ki, Rusiya yüksək enerji qiymətlərini istərkən, Çin və Hindistanı aşağı enerji qiymətlərində təkid edir. Bundan başqa, Qərbin nəzarətində olan fiber-optik şəbəkələr ABŞ-a bütün dünya bank sistemini nəzarətdə saxlamağa imkan verir, buna görə də BRİKS ölkələri mütləq öz fiber-optik şəbəkələrini yaratmalıdırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm