Putin Donbası Çeçenistanla müqayisə edib
Bizi izləyin

Dünya

Putin Donbası Çeçenistanla müqayisə edib

Rusiya Prezidenti Vladimir Putin separatçılar tərəfindən işğal olunmuş Donbası Çeçenistana oxşadıb.

Axar.az xəbər verir ki, Putin bunu Avstraliyada G-20 sammitində jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti tərəfindən bu regionların maliyyələşdirilməsinin dayandırılması səhv addımdır və prezident Poroşenkonu bu məsələyə yenidən baxmağa çağırıb.

“KİV-dən öyrəndiyimə görə, Ukrayna prezidenti Donetsk və Luqansk vilayətlərinin iqtisadi blokadası haqqında sərəncam imzalayıb. Hesab edirəm ki, bu, böyük səhvdir. Çünki onlar öz əlləri ilə həmin regionları ayırırlar. Mən bu barədə Pyotr Alekseyeviçlə danışacam”, - Putin deyib.

Putin hər kəsi Qafqzdakı faciəvi günləri xatırlamağa çağırıb.

“Hətta ən ağır vaxtlarda belə biz Çeçenistan Respublikasının maliyyələşdirilməsini dayandırmadıq. Mütəmadi olaraq nəinki pensiyaları, həm də büdcə subsidiyalarını ödədik. İlk baxışdan bu ağılsız kimi görünə bilərdi. Orada vəziyyətə nəzarət edən insanlar heç vaxt pulları ogurlamadılar və o pulları pis şeylərə xərcləmədilər”, - prezident deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm