Ebola virusuna yoluxan cərrah ABŞ-da öldü
Bizi izləyin

Dünya

Ebola virusuna yoluxan cərrah ABŞ-da öldü

Syerra-Leonedə Ebola virusuna yoluxmuş cərrah Martin Saliya ölüb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Hebreska ştatının Omaha xəstəxanasındakı anonim mənbə bildirib.

Ebola virusuna yoluxmuş cərrah 16 noyabrda təyyarə ilə xəstəxanaya gətirilmişdi. O, Ebola xəstəliyindən müalicə almaq üçün bu xəstəxanaya gətirilən üçüncü pasiyent idi. Syerra - Leonedə işləyən Martin Saliya Ebola virusuna bu ölkədəki xəstələrin müalicəsi zamanı yoluxmuşdu.

Ümumdünya Səhiyyət Təşkilatının son məlumatına görə, Ebola virusuna 14 min 413 nəfər yoluxub. Onlardan 5177-i ölüb. Ölənlərin əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Qvineya, Liberiyaya və Syerra-Leonedə qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm