Putin buna nə deyəcək: “Bizdə Pskov və Ryazandan desantçılar vuruşur” – VİDEO
Bizi izləyin

Dünya

Putin buna nə deyəcək: “Bizdə Pskov və Ryazandan desantçılar vuruşur” – VİDEO

Rusiya vətəndaşı, “Luqansk Xalq Respublikası” separatçı qurumu tərəfində vuruşan “Donun böyük qoşunu”nun atamanı Nikolay Kozisın Moskvanı pis vəziyyətdə qoyacaq bir bəyanatla çıxış edib.

Publika.az-ın “rosbalt.ru” saytına istinadən verdiyi məlumata görə, ataman separatçıların tərəfində Rusiya desantçılarının vuruşduğunu bildirib.

“Luqanskda Pskovdan 24-cü desant-paraşüt alayı vuruşur. Yalnız Pskovdan deyil, bizdə Ryazandan və başqa regionlardan da desantçılar, tankçılar və digər ixtisaslı hərbçilər var", - deyə Kozisın vurğulayıb.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynada olması barədə Kiyev və Qərb paytaxtlarının iddialarına baxmayaraq, Moskva bu iddiaları rədd edir. Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmiliyin” sammitində də Rusiya prezidenti Vladimir Putin Kanadanın baş naziri Stiven Xarper ilə görüşdə Rusiya qoşunlarının Ukrayna ərazisində olmadığını bildirib. Kanada baş nazirinin “Rusiya qoşunları Ukraynanı tərk etməlidir” tələbinə Putin “Rusiya qoşunlarının Ukraynadan çıxarılması mümkün deyil. Biz orada deyilik” deyib.

Xatırladaq ki, “Donun böyük qoşunu”nun atamanı bir müddət əvvəl şok bir iddia ilə çıxış etmişdi. Kazak hərbçi Luqansk döyüşçülərində nüvə silahının olduğunu deyib.

“Bizin sərəncamımızda nüvə döyüş başlığı var. Ukraynada bu silahdan dördü var idi, birini biz ələ keçirdik, qalanları isə yoxa çıxdı. Ukrayna yaxşı bilir ki, nüvə döyüş başlığından biri bizdədir”, - deyə Nikolay Kozisın vurğulayıb.

“Don kazakı” N.Kozisın Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror təşkilatının yaradılması) ilə təqsirli bilinərək barəsində cinayət işi qaldırılıb. Onun İnterpol vasitəsilə axtarışı elan edilib. Onun adı iyulun əvvəlində Kanadanın maliyyə və viza sanksiyaları siyahısına salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm