Dünya
“Foreign Policy“: “Xəzər dənizi getdikcə “barıt çəlləyi“nə çevrilir“
Publika.Az-ın məlumatına görə, jurnal yazıb ki, regional rəqabətin getdiyi Xəzər dənizi getdikcə “barıt çəlləyi”nə çevrilir:
“Dünyanın İsrailin İrana zərbə endirəcəyini gözlədiyi bir vaxtda Xəzər regionundakı keçmiş SSRİ ölkələri silahlanmanı sürətlə artırırlar. Azərbaycan, Qazaxıstan və Türkmənistanın dəniz sərhədləri hələ ki, həll olunmamış qalır. Mübahisəli sularda zəngin neft-qaz yataqları var və buna görə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan öz yeni var-dövlətlərini qorumaq üçün pullar xərcləyirlər.
Bunun ən başlıca səbəblərindən biri İrandır. Bu ölkələr narahatdır
ki, Rusiyanın dənizdəki hökmranlığı, Moskvaya, onların neft-qaz
siyasətinə diktə etməyə şərait yaradır. İran və Rusiya isə ABŞ və
Avropanın Xəzəryanı regiona gəlməsindən qorxurlar. Bütün bunlar
potensial münaqişə üçün zəmin hazırlayır”.
“Foreign Policy”onu da qeyd edib ki, son 10 ildə Xəzər dənizində
bir neçə münaqişə baş verib. 2001-ci ildə İran hərbi gəmisi Xəzərin
Azərbaycan hissəsində kəşfiyyat işləri aparan BP şirkətinin
gəmisini hədələmişdi: “Düzdür, Xəzər dənizi hələ əsl qaynar nöqtəyə
çevrilməyib, amma vəziyyət təhlükəlidir. Bütün Xəzəryanı dövlətlər
özlərinin əsl məqsədlərini gizlədirlər. Məsələ bundadır ki, 5
dövlətin hamısı Xəzərdə silahlanmaya qarşı çağırışlar edir, amma
apardıqları silahlanma yarışını terror və quldurluq təhlükəsi ilə
əsaslandırırlar”.
Anar Əhmədov
Publika.Az
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."