Putin: “İtirən Qərb oldu”
Bizi izləyin

Dünya

Putin: “İtirən Qərb oldu”

Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları tətbiq etməklə Rusiyanın ərzaq bazarını itirdilər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumrusiya xalq cəbhəsinin forumunda prezident Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Rusiya partnyorların səhv davranışından istifadə etdi və bu səhv davranış Rusiyaya kənd təsərrüfatı sahəsində cavab addımları atmaq hüququ verdi. Putin əlavə etdi ki, ərzağın idxalına qoyulan məhdudiyyətlər Rusiya kənd təsərrüfatı istehsalçılarına yerli bazarda əlavə imkanlar yaradıb.

Xatırladaq ki, Rusiya 7 avqustda Avropa Birliyi, Avstraliya, Kanada, Norveç və ABŞ ölkələrindən ət məhsulları, tərəvəz və meyvələrin, dəniz məhsulları və soyudulmuş balığın, süd və süd məhsullarının idxalını qadağan edib. Məhdudiyyətlər Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalara cavab olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm