• USD 1,7022 0,00% EUR 1,8999 -0,08%
    • GBP 2,1620 +0,24% RUB 0,0285 +0,70%

Serbiya Rusiya və Qərb arasında müharibə meydanına çevrilir

  • Dünya
  • 20 Noyabr 2014 14:16
  • 551 Baxış
Serbiya Rusiya və Qərb arasında müharibə meydanına çevrilir

Serbiya Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiya ilə bağlı sanksiyalara qoşulmağa məcburdur”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, belə bir tələbi Belqrada səfəri ərəfəsində Avropa Birliyinin (AB) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohaness Han bildirib.

Avrokomissar Serbiya və Rusiyanın tarixi əlaqələrini anladığını, amma Belqradın özünün strateji hədəf olaraq AB-yə üzvlüyü elan etdiyini xatırladıb: “Rusiya və Serbiya bir neçə böyük birgə layihə reallaşdırır: "Cənub axını" qaz kəmərinin tikintisi, "Serbiya neft sənayesi" Səhmdar Cəmiyyətinin inkişafı və Rusiya kreditinin hesabına Serb dəmir yollarının yenidən qurulması. Amma Serbiya Avropa Birliyinə üzvlüklə bağlı danışıqlar çərçivəsində çətin məsələlərin bizimlə uyğunlaşdırmaq hüquqi öhdəliyinə götürüb. Bunlardan biri də Rusiyaya qarşı qəbul olunan sanksiyalardır. Biz Belqraddan bu öhdəliyə riayət edilməsini gözləyirik".

Y.Han xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Serbiya səfərində həmkarı Aleksandr Vuçiç ölkənin əsas strateji hədəfin AB-yə üzvlük olduğunu dilə gətirib.

Qeyd edək ki, Y.Han bu gün AB üzvlüyünə rəsmi namizəd olan Serbiyaya səfər edəcək. Serbiya 1 mart 2012-ci ildə AB-nin üzvlüyü üçün rəsmi namizədlik statusunu alıb. Bu ilin əvvəlində Belqrad sazişin imzalanması üzrə danışıqlara başlayıb. Serbiya hökuməti bəyan edib ki, AB-yə üzv olmaq üçün bütün şərtləri yerinə yetirməyə hazırdır, amma Ukrayna böhranı ilə əlaqədar anti-Rusiya mövqeyi tutmayacaq.

Rusiya Dövlət Dumasında isə hesab edirlər ki, Brüssel Belqradı şantaj edərək Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edir. “Faktiki olaraq Serbiyanı şantaj edirlər: Serbiya ya Rusiyaya qarşı sanksiyalara qoşulur, ya da Avropa Birliyinə buraxılmır. Serbiya üçün problem ondan ibarətdir ki, onun Avropa Birliyinə yaxın müddətdə girişi üçün heç bir perspektivi yoxdur. Heç kəs Serbiyanı bir il sonra quruma qəbul etməyəcək”, - deyə Dövlət Dumasının beynəlxalq işlər üzrə komitənin başçısı Aleksey Puşkov bildirib.

Qeyd edək ki, son vaxtlar Qərb mətbuatı və siyasətçilər Putinin Ukrayna böhranından sonra Balkanlarda yeni münaqişə ocağı yarada biləcəyi barədə qorxularını ifadə edirlər. Ekspertlərin versiyasına görə, Rusiya lideri məqsədinə çatmaq üçün Balkan ölkələrinin Moskvadan siyasi və iqtisadi asılılığından yararlanmağa çalışacaq.

Almaniyanın baş naziri Angela Merkelin Avstraliyada Rusiyanın hücum edəcəyi ölkələrin siyahısını açıqlaması olduqca ciddi qarşılanıb. Kansler hazırda Moldova, Gürcüstan və Serbiyanın ən böyük risk altında olan ölkələr olduğunu deyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR