Putin: “Uçuş növbəsində dayanmaq istəmirdim”
Bizi izləyin

Dünya

Putin: “Uçuş növbəsində dayanmaq istəmirdim”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 15-16 noyabr tarixlərində Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmiliyin” sammitini vaxtından əvvəl tərk etməsinə növbəti dəfə aydınlıq gətirib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Putin Avstraliyadan tez qayıtmasını uçuş növbəsində dayanmaq istəməməsi ilə izah edib.

Rusiya prezidenti sammitdə liderlərin iştirak edəcəyi son səhər yeməyinə getmədi. Putin bildirib ki, həmin vaxta kimi planlaşdırılan bütün iş praktik olaraq yerinə yetirilmişdi. Kreml lideri Rusiyaya əks uçuşun uzun müddətli olduğunu bildirib. Onun sözlərinə görə, o, demək olar ki, 21 saat uçmalı idi.

Xatırladaq ki, 16 noyabrda Rusiya liderinin sammiti vaxtından əvvəl tərk etdiyi məlum olub. Putin bu addımı yatmaq ehtiyacı ilə izah etmişdi. Ekspertlər isə Avstraliyada olduqca soyuq qarşılandığı üçün Rusiya prezidentinin belə bir addım atdığını bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm