Dünya
Putin Allahın hansı məsələlər üzrə müavinidir? – Qorbaçovdan ŞOK İDDİA
“Rusiya prezidenti Vladimir Putin özünə həddindən artıq güvənmə xəstəliyinə tutulmağa başlayıb və özünü Allah hesab edir”.
Publika.az-ın “ukrinform.ua” saytına istinadən verdiyi məlumata görə, bu sözləri SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov “Kremldən sonra” adlı yeni kitabının Moskvada keçirdiyi təqdimat mərasimində deyib.
"Bizdə prezident Putin var. Fikrimcə, o, bir vaxtlar mənim tutulduğum xəstəliyə tutulmağa başlayıb və ozünü Allah hesab edir. Ən azından Allahın müavini, amma hansı məsələlər üzrə olduğunu bilmirəm", - deyə M.Qorbaçov bildirib.
Keçmiş prezident həmçinin qeyd etdi ki, Vladimir Putin Boris Yeltsinin prezidentliyindən sonra Rusiyanı dağılmaqdan xilas etmək üçün çox şey etdi: “Yeltsindən sonra vəziyyəti sabitləşdirmək üçün Putin böyük rol oynadı. Faktiki olaraq, o, Rusiyanı dağılmaqdan xilas etdi. Bunun üçün “nüfuzlu metodlar”dan istifadə olunurdu”.
Ömər Dağlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."