“Boko Haram” kəndə hücum etdi - 45 ölü
Bizi izləyin

Dünya

“Boko Haram” kəndə hücum etdi - 45 ölü

Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən radikal islamçı “Boko Haram” terror təşkilatı bu ölkənin Borno əyalətindəki Mafa bölgəsində peyda olaraq, Azaya Kura kəndində ən azı 45 nəfəri qətlə yetirib.

Publika.az-ın məlumatına görə, yerli hökumət nümayəndəsi Shettima Lavan bu hücumu “şeytani və iyrənc” adlandırıb. Kəndin icra strukturunun nümayəndəsi Mallama Bulama “hücumun sonunda 45 cəsəd saydıq. Lakin hücum zamanı qaçaraq meşədə də öldürülənlərin olması mümkündür” deyib.

Qeyd edək ki, “Boko Haram” son həftələr ərzində Nigeriyanın şimal-şərqində bir kənd və qəsəbəni ələ keçirib. Ölkənin güc strukturları 2009-cu ildən radikal islamçı qrupun hücumlarının qarşısını almaqda çətinlik çəkirlər. Nigeriyanın İnsan Haqlarının Müdafiəsi Təşkilatı “Boko Haram”ın bu il iki mindən artıq dinc sakini öldürdüyünü açıqlayıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm