Dünya
Obama Konqresdən icazə almamağa qərar verdi
ABŞ Konqresinə keçirilən son aralıq seçkilərində qanunverici qurumun hər iki palatasında məğlub olaraq üstünlüyü respublikaçılara verən prezident Barak Obama Konqresin dəstəyinə ümid etmir.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama Konqresin dəstəyi olmadan prezident fərmanlarının köməyi ilə qanunsuz immiqrantların leqallaşdırılması məsələlərini həll etmək niyyətindədir.
ABŞ prezidenti bu barədə niyyətini dünən xalqa müraciətində açıqlayıb. Obama qanun layihəsinin Konqresdən keçəcəyinə ümid etmir. Gözlənildiyi kimi, islahat ABŞ-da 4,4 milyon immiqrantın leqallaşmasına imkan verəcək. Onlar qanunvericiliyin pozulması isə ABŞ-a daxil olmasına baxmayaraq, illərdir ki, ABŞ-da yaşayır və qanunlara riayət edirlər.
Çıxışında B.Obama qanunvericilərin dəstəyi ilə immiqrasiya probleminin həllinə ümid etdiyini bildirib və Konqresi problemin həllinə mane olmamağa çağırıb.
İslahatlar ABŞ-da beş il yaşayan və uşaqlara sahib olan immiqrantlara deportasiyadan müdafiə hüququ verir. Amma onlar ABŞ vətəndaşlığına iddia etmək hüquqları, həmçinin sosial ödəmələr almayacaq. Dəyişikliklər həmçinin "Green card" (“Yaşıl kart”) sisteminə tətbiq ediləcək.
“Siz kölgədən çıxa və qanunlarla yaşaya bilərsiniz. Sizlərə təklif edilən islahat amnistiya deyil, yalnız sağlam düşüncənin təzahürüdür. Kütləvi amnistiya haqsız olardı. Kütləvi deportasiya isə qeyri-mümkündür və bizim xarakterimizə ziddir”, - Obama immiqrantlara müraciətində deyib.
ABŞ-da 12 milyondan çox qanunsuz miqrant yaşayır. Onların əksəriyyəti Latın Amerikası ölkələrindəndir. Hər il təxminən 400 min miqrant ölkədən deportasiya edilir.
ABŞ prezidenti paralel olaraq ölkə sərhədlərin mühafizəsini gücləndirəcəyinə söz verib.
Ömər Dağlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi