Gürcü nənə Yunanıstanda həbsxana qiyamı təşkil etdi
Bizi izləyin

Dünya

Gürcü nənə Yunanıstanda həbsxana qiyamı təşkil etdi

Gürcüstandan gəlmələr Yunanıstanın paytaxtı Afinada həbsxanada qiyam təşkil ediblər.

Publika.az xəbər verir ki, bu barədə “The Greek Reporter” nəşri yazıb.

Həbsxana nəzarətçilərin sözlərinə görə, məhbuslardan birinin nənəsi öz nəvəsinə narkotik maddə keçirməyə cəhd edib. Ancaq həbsxana nəzarətçiləri bu icazə verməyiblər. Bundan xəbər tutan 25 yaşlı gürcü məhbus qəzəblənərək ətrafındakı hər şeyi dağıtmağa başlayıb. Məhbuslar nəzarətçilərdən üç nəfəri döyüblər.

Məhbuslar bundan sonra həbsxana xəstəxanasını ələ keçirərək həbsxananın saxlanma şərtlərindən narazı olduğunu bildiriblər.

Həbsxana nəzarətçilərinin köməyinə gələn polis dəstəsi qiyamçı gürcüləri sakitləşdirməyi və onları kameralar üzrə ayırmağa nail olub. Gürcü nənənin taleyi haqqında məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm