• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vyanada İran və "altılıq” son döyüşə daxil olur

  • Dünya
  • 23 Noyabr 2014 04:19
  • 450 Baxış
Vyanada İran və "altılıq” son döyüşə daxil olur

İranın nüvə proqramı üzrə İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında Vyana danışıqlarının nəzərdə tutulan mərhələsi çərçivəsində bu gün son görüş keçiriləcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdə iştirak edəcək.

Rusiya xarici işlər nazirinin görüşə qatılıb-qatılmayacağı isə danışıqlar prosesinin gedişatından asılı olacaq.

Xatırladaq ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb və bu 24 noyabr 2014-cü ilə qədər uzadılıb. Lakin son görüşdə də müsbət nəticənin əldə olunacağına ümid azdır.

Amma diplomatik mənbələr iddia edir ki, yekun sənəd praktik olaraq hazırdır, amma ayrı-ayrı aspektlərlər üzrə yüksək siyasi səviyyədə qərarların qəbul olunması tələb olunur. İranın IRNA xəbər agentliyi isə bildirib ki, Tehran Qərb vasitəçilərdən gözlədiyi yeni təklifləri səsləndirməyib.

Qeyd edək ki, İranın Ərak ağır su nüvə reaktoru danışıqlarda fikir ayrılıqlarına səbəb olan əsas əngəl məsələlərdəndir. Bundan başqa, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq qalır. Müsbət nəticə isə odur ki, danışıqların əvvəlki raundlarında tərəflər uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşıblar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR