• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Çoxşaxəli oyun ilə Ermənistan bütün imkanlardan məhrum oldu”

  • Dünya
  • 10 Fevral 2014 15:55
  • 558 Baxış
“Çoxşaxəli oyun ilə Ermənistan bütün imkanlardan məhrum oldu”

2013-cü ilin dekabr ayının əvvəlində İrəvanda keçirilən Rusiya-Ermənistan regionlararası forumda Rusiya prezident Vladimir Putinin bu fikri onun Ermənistana səfərinə bir cümlə ilə yekun vururdu: “Rusiya Qafqazdan getmək fikrində deyil, əksinə regiondakı mövqelərimizi daha da gücləndirəcək”.

Keçən ayın sonunda Münhendə keçirilən illik təhlükəsizlik sammitində ABŞ dövlət katibi Con Kerri də bildirdi ki, ABŞ hər hansı regiondan getməyə hazırlaşmır. Ekspertlər hesab edir ki, Kerrinin bu bəyanatı ABŞ-ın Qafqaz siyasəti konteksində ilk növbədə Rusiyaya ünvanlanmışdı. ABŞ dövlət katibinin bu bəyanatı həmçinin ölkəsinin Ukrayna bağlı siyasi mövqeyini də açıq şəkildə ortaya qoyurdu. C.Kerri sammitdə Kremlə ən güclü siqnalı göndərərək Ukrayna müxalifətinin liderləri ilə görüşdü.

Əksər siyasi mütəxəssislər ABŞ prezidenti Barak Obamanın xarici siyasətini mülayim taktika olaraq qiymətləndirir. Bu siyasət Suriya və İranla bağlı özünü daha açıq şəkildə göstərdi. Vaşinqton Tehran ilə yeni təmasın nöqtələrini tapmağa çalışır. Vaşinqtonun Rusiya siyasətində də mülayimlik özünü göstərəcəkmi? Digər istiqamətlərdən fərqli olaraq ABŞ-ın Rusiya istiqamətində siyasətinin qəddarlaşacağı gözlənilir.

Bu perspektivdən daha çox narahat olanlar isə ermənilərlər. Ermənistanın “Jamanak” qəzeti hesab edir ki, ABŞ-Rusiya münasibətləri dünyanın müxtəlif nöqtələrinə təsir etdiyi kimi, ABŞ-ın qəddarlaşması Ermənistanda da dəyişikliklərin olacağını xəbər verir.

“Sözsüz ki, bu dəyişiklik Qafqaz və xüsusi halda Ermənistana - erməni-türk münasibətləri və Qarabağ münaqişəsinə təsir edəcək. Bu dəyişikliklər Ermənistan üçün ümidvericidirmi? Bu cür hadisələrdə təsir adətən sürətli olmur. İstisna edilmir ki, Rusiyanın Ermənistanla bağlı bugünkü “imperiya marşı” siyasəti məhz Rusiya-Amerika münasibətlərinin nəticəsidir. Yəni, Rusiya ABŞ-ın mülayim siyasətindən və ciddi reaksiya verməməsindən istifadə edərək Ermənistanda mövqe üstünlüyünü qazandı”, - “Jamanak” yazır.

Erməni nəşri hesab edir ki, Rusiya-ABŞ münasibətlərinin bugünkü kəskinləşməsinin nəticələri Ermənistanda 1-2 il sonra hiss ediləcək:“Hansılar nəticələr mümkündür? Görünür, məhz bu əhəmiyyətlidir. Ancaq daha əhəmiyyətli şeylər var. Oyun çoxşaxəlidir, məsələn, İran barəsində. Bu baxımdan nəticələr universal, Ermənistan üçün həm mənfi, həm də müsbət ola bilər. Hər şey ondan asılıdır, Ermənistan vəziyyəti, inkişafın mümkün ssenarilərini necə qiymətləndirəcək və necə qərarlar qəbul edəcək? Məhz bu baxımdan da biz fövqəladə təhlükəli vəziyyətdəyik. Çünki, çoxşaxəli oyunun yayılması ilə Ermənistan müstəqilliyini itirərək bütün imkanlardan məhrum olub”.

Ermənistanın faktiki olaraq Rusiya-Amerika qarşıdurmasının bir tərəfində yer aldığını qeyd edən “Jamanak” hesab edir ki, hazırkı mərhələdə tərəflər arasındakı tarazlığı saxlamaq çox vacibdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR