Ukraynada britaniyalı jurnalisti vurdular
Bizi izləyin

Dünya

Ukraynada britaniyalı jurnalisti vurdular

Britaniyalı jurnalist Qrem Filipps Donetsk yaxınlığında yaralanıb.

Publika.az-ın məlumatına görə, “Russia Today”in ştatdankənar müxbiri Donetsk yaxınlığında qəlpə yarası alıb.

Bununla bağlı “Rossiya 24” telekanalının hərbi müxbiri Yevgeni Poddubnıy “Twitter” səhifəsində məlumat verib: “Qrem Filipps Donetsk yaxınlığında Peskax adlanan yerdə qəlpə yarası alıb. 120 mm-lik mina qəlpəsi zirehli gödəkcəni deşərək, onun kürəyini yaralayıb”.

Poddubnının sözlərinə görə, hazırda britaniyalı jurnalist Donetskdə hospitaldadır: “Ona ilk təcili tibbi yardım göstərilib. Onu müayinə edən cərrah bildirib ki, hər şey yaxşı olacaq”.

“Russia Today” da öz növbəsində, faktı təsdiqləyib. Qeyd edək ki, Qrem Filipps uzun müddətdir ki, “Russia Today”lə əməkdaşlıq edir. O, 2014-ü il ərzində dəfələrlə Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İyul ayında isə Qrem Filipps deportasiya olunması üçün Ukrayna hökumətinə təhvil verilib.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm