Putin Obamadan öndədi - Sorğu
Bizi izləyin

Dünya

Putin Obamadan öndədi - Sorğu

“Time” jurnalı öz saytında “İlin adamı” müsabiqəsini keçirir. Jurnal oxuculardan ilin ən nüfuzlu siyasətçi, sahibkarı və ictimai xadimini seçməyi istəyib.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama arasında gedən mübarizədə Rusiya lideri öndədi.

İndiyə kimi səslərin 73 faizini Putin, 27 faizi isə Obama toplayıb. Səsvermə 6 dekabr tarixinə kimi davam edəcək və səsvermənin qalibləri 10 dekabrda məlum olacaqlar.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Forbes” nəşrinin versiyasına görə, ardıcıl olaraq iki il dünyanın ən nüfuzlu insanların siyahısına başçılıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm