Dünya
I Dünya Müharibəsinə aid sərgi təşkil edilib - FOTO
Birinci Dünya müharibəsinin 100-cü ildönümü ilə əlaqədar
noyabrın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyətində sərgi keçirilib və silsilə tədbirlərin açılışı
olub.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, Almaniyanın
Azərbaycandakı səfiri Haydrun Tempel öz çıxışında toplaşanlara
minnətdarlığını bildirib və Birinci Dünya müharibəsindən danışıb. O
qeyd edib ki, bu müharibə milyonlarla insanın həyatına son qoyub,
bir çox dövlətlərə böyük ziyan vurub. Məhz buna görə də XX əsrin bu
faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər tez-tez
keçirilməlidir.
Fransanın Azərbaycandakı səfiri Paskal Monye qeyd edib ki,
Fransa ilə Almaniyanı möhkəm dostluq münasibətləri və bir çox
sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq
birləşdirir.
Sərgidə fransız rəssamı Fernan Zakonun işləri, habelə XX əsrin
əvvəllərində və Birinci Dünya müharibəsi dövründə Avropanın
həyatını əks etdirən ağ-qara fotoşəkillər nümayiş
etdirilir.
Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində noyabrın 25-də Bakıda Erix Mariya Remarkın eyniadlı romanı əsasında çəkilmiş “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi göstəriləcək, noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında alman tarixçisi Folker Venorun təqdimatı keçiriləcək, noyabrın 27-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində konsert, noyabrın 28-də isə Jan Klod Leskurun kitabının təqdimatı olacaqdır.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu