Ukraynanın 500 günü qaldı
Bizi izləyin

Dünya

Ukraynanın 500 günü qaldı

“Ukrayna hökuməti üçüncü Maydandan qaçmaq üçün dərhal islahatların reallaşdırmasına başlamalıdır”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Rusiya maliyyəçisi Slava Rabinoviç çıxış edib.

Onun sözlərinə görə, üçüncü Maydandan qaçmaq üçün Kiyev dərhal “Plan 500 gün”ü hazırlamalıdır. S.Rabinoviç qeyd edib ki, Ukraynada pozitiv dəyişikliklərin zənciri hökumətin peşəkar səviyyəsinin artımından başlanmalıdır.

“Rusiyada deyirlər ki, Kreml Ukraynaya qarşı qoşunlarını hərəkətə gətirəcək. Bunun qarşısını yalnız peşəkar komandanın yaradılması yolu ilə almaq olar. Fikrimcə, ən yüksək sinif 100 peşəkardan ibarət olmalıdır. Bu insanlar Ukraynada islahatların həyata keçirilməsində iştirak edə bilərlər", - o, qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm