Donbasda yeni atəşkəs razılaşması imzalandı
Bizi izləyin

Dünya

Donbasda yeni atəşkəs razılaşması imzalandı

Ukrayna ordusu və “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun döyüşçüləri dekabrın 5-dən atəşin dayandırılması haqqında razılaşıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Ukraynadakı monitorinq missiyasının mətbuat xidmətindən deyilir.

“LXR” və ATƏT nümayəndələrinin iştirak etdiyi görüşdə Ukraynanı general-leytenant Vladimir Askarov, Rusiyanı Ukraynanın cənub-şərqində Rusiya nümayəndəliyinin rəhbəri general-leytenant Aleksandr Lensov təmsil edib.

Razılığa əsasən ağır silahlar dekabrın 5-dən başlayaraq cəbhə xəttindən geri çəkiləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm