Türk polisinə rus silahından atəş açıldı
Bizi izləyin

Dünya

Türk polisinə rus silahından atəş açıldı

Diyarbəkr şəhərinin mərkəzində yolu bağlayan bir qrup hadisə yerinə gələn polisə silahlı hücum edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Kalaşnikov” avtomat silahlarla atəşə məruz qalan polislərdən ölən və yaralanın olmadığı bildirilir.

Ancaq polis avtomobillərinin ciddi zərər gördüyü deyilir. Eyni zamanda müxtəlif qruplar şəhərin bir çox nöqtəsində yolları bağlayıb. Polis müdaxiləsindən sonra yollarda hərəkət bərpa olunub .

PKK terror təşkilatının tərkibindəki Yurtsever Demokratik Gənclik Hərəkatının (YDG-H) bir qrup üzvü Diyarbəkr mahalının mərkəz mahallarından olan Yenişehirin Seyrantepe istiqamətində yolu bağlayıb. Yolda saxlanılan avtomobillərdəki vətəndaşlardan kimliyini soruşan qrup üzvləri hadisə yerinə gələn polisə silahlı hücum təşkil edib.

Cinayətkarların tutulması üçün əməliyyatın başlandığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm