Deputatın biznes ortağı özünü qəbiristanlıqda güllələdi
Bizi izləyin

Dünya

Deputatın biznes ortağı özünü qəbiristanlıqda güllələdi

İş adamı özünə qəsd edib. Publika.az Gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə Vladivastokda qeydə alınıb.

Belə ki, "Ratimir" şirkətinin direktor müavini Dmitri İnavçov bir müddət əvvəl qəbiristanlıqda özü üçün aldığı ərazidə odlu silahdan açdığı atəşlə həyatına son qoyub. Hüquq mühafizə orqanlarından əldə olunmuş məlumatlara görə, hadisə yerinə baxış zamanı intihar qeydi tapılıb. Həmin kağızda mərhum özünə qəsd etməsinin səbəblərini açıqlamasa da, biznesmen yaxınlarından bu əməlinə görə onu bağışlamalarını xahiş edib.

İntihardan bir gün öncə Dmitri İnavçov cinayət törətməkdə şübhəli bilindiyi üçün axtarışa verilib. Nəzərinizə çatdıraq ki, "Ratimir" şirkətinin direktor müavini bu ilin qışında ov zamanı öldürülmüş deputat Dmitri Arkuşenkonun iş ortağı, biznes şəriki olub. İnavçov bir neçə firmanın təsisçisi kimi də xarakterizə olunur.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm