ABŞ İŞİD-lə mübarizə üçün 5 milyard dollar ayırdı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-lə mübarizə üçün 5 milyard dollar ayırdı

Nümayəndələr Palatası İraq və Suriyada IŞİD-ə qarşı mübarizə xərcləri də daxil olmaqla ABŞ-ın 2015-ci il üçün 585 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib.

Publika.az-ın məlumatına görə, qanunda IŞİD-ə qarşı hava hücumları üçün 5 milyard dollarlıq büdcə nəzərdə tutulur. İraqadakı 1.500 əsgərin saxlanılmasına isə 1.6 milyard dollar ayrılıb.

Ümumilikdə isə qanunda Amerika ordusu üçün 521,3 milyard dollar, Əfqanıstan və İraqdakı xarici əməliyyatlar üçün isə 63,7 milyard dollar nəzərdə tutulur.

Səsə qoyulması üçün Senata təqdim edilən layihənin gələn həftə təsdiq ediləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm