Əsəd ABŞ-a təklif verib Qərbə meydan oxudu
Bizi izləyin

Dünya

Əsəd ABŞ-a təklif verib Qərbə meydan oxudu

Suriya prezidenti Bəşər Əsəd ölkəsinin bir sıra ərazilərində radikal dini qruplaşmalara qarşı mübarizə aparan ABŞ hərbçilərinin hərbi əməliyyatlarının keyfiyyət baxımından yarımçıq olduğunu bildirib.

Prezident qeyd edib ki, Amerika hərbçiərinin Suriyada fəaliyyət göstərən İraq Şam İslam Dövlətinin terrorçularına qarşı hava hücumları önəmsiz və nəticəsizdir: “İŞİD-ə qarşı hərbi əmliyyatlar yalnız hava hücumları, bombardmanlarla yekunlaşmamalıdır. Terrorçulara qarşı quruda da güclü əməliyyatlar aparılmalıdır”. Bəşər Əsəd bununla yanaşı qeyd edib ki, İŞİD-in silahlı qruplaşmalarının sığınacaq məkanlarını dəqiq bilən hərbçilərin hücumları terrorçu qruplaşmanın sonunu gətirə bilər.

Suriya prezidenti Fransada nəşr olunan “Paris Match” jurnalına verdiyi müsahibəsində “İŞİD hədəflərinə qarşı koalisiya ölkələrinin hava hücumları əhəmiyyətsizdir”- deyə bildirib: “Terrorun kökünü ancaq hava hücumları ilə kəsə bilməzsiniz. Quruda İslam Dövlətinə qarşı əsas güc mərkəzi Suriyanın özüdür. Türkiyə bu prosesə dəstək versə də, vəziyyət yenə də dəyişmir”. Bəşər Əsəd Qərbə öz mesajlarını çatdırmağı da unutmayəb: “Suriyalılar ölkəmizin Qərb dövlətlərinin əlində oyuncaq olmasına əsla izin verməyəcəklər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm