Luqanskda 2 dinc sakin qətlə yetirildi
Bizi izləyin

Dünya

Luqanskda 2 dinc sakin qətlə yetirildi

Separatçılar dünən axşamdan başlayaraq Luqanskda olan Ukrayna ordu birləşmələrinin hissələrini atəşə tutublar.

Publika.az xəbər verir ki, separatçılar əsasən iri çaplı silahlardan və mina atanlardan istifadə ediblər. Baş vermiş qarşıdurma zamanı 2 ukraynalı dinc sakin həlak olub. Separatçıların atdığı güllə və minalar bir çox hallarda insanların yaşadığı ərazilərə də ziyan vurub.

Onlar həmçinin Luqansk elektrik stansiyasını da mərmilərdən atəş tutublar. Nəticədə dünən axşamdan etibarən şəhərin bir sıra vilayətləri işıqsız qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm