Krım və Baltikyanı ölkələrin işğalı eyniləşdirildi – Rəsmi iddia
Bizi izləyin

Dünya

Krım və Baltikyanı ölkələrin işğalı eyniləşdirildi – Rəsmi iddia

Moskva Krım və Sevastopolun Rusiyaya birləşdirilməsini tanımayan ABŞ-a Baltikyanı ölkələrin SSRİ tərəfindən işğalını xatırladıb.

Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Baltikyanı ölkələrin işğalını uzun müddət tanımadığını deyib.

“ABŞ Baltikyanı ölkələrin Sovet İttifaqının tərkibinə daxil olmasını uzun müddət tanımırdı. Onlar eyni mövqeyi Krım və Sevastopol barəsində də tutacaqlar”, - nazir müavini bildirib.

Bir müddət əvvəl isə S.Ryabkov ABŞ-ın sanksiyaların köməyi ilə Rusiyada hakimiyyəti əvəz etmək istədiyini dilə gətirib. Ryabkovanın sözlərinə görə, sanksiyalarla bağlı vəziyyətdən çıxmaq üçün uzun illər lazım olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm