Kiyevdən SOS: “Raketlər Rumıniya və Macarıstana çatır”
Bizi izləyin

Dünya

Kiyevdən SOS: “Raketlər Rumıniya və Macarıstana çatır”

Rusiya təxminən 50-60 min hərbi qulluqçusunu və operativ-taktik raketləri işğal edilmiş Krım yarımadasında yerləşdirib.

Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə “5 kanal”ın efirində Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin sədr müavini, polkovnik Yuliy Mamçur bildirib.

“Qərb Rusiyanın Krımda yerləşdirdiyi operativ-taktik raketləri haqqında fikirləşməlidir. Bu raketlər Rumıniya və Macarıstana çatır”, - Y.Mamçur vurğulayıb.

Bundan əvvəl isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya Krımda “İskəndər” raket komplekslərinin divizionunu yerləşdirib. Hesab olunur ki, sözügedən raketlər taktik nüvə silahının çatdırılması üçün vasitə ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm