İsrail parlamenti buraxıldı
Bizi izləyin

Dünya

İsrail parlamenti buraxıldı

İsrail parlamenti özünün buraxılması haqqında qanun qəbul edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 120 deputatdan 93-ü qanunun lehinə səs verib.

Bundan əvvəl isə İsrailin Baş naziri Benyamin Netanyahu parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, habelə maliyyə və ədliyyə nazirlərinin istefaya göndərilməsini bəyan edib.

Deputatlar yeni parlament formalaşana kimi işini davam etdirəcəklər. Növbədənkənar parlament seçkiləri isə 17 mart 2015-ci ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm