FTX-dən qaçan millətçi: “Rusiyada vətəndaş müharibəsi qaçılmazdır”
Bizi izləyin

Dünya

FTX-dən qaçan millətçi: “Rusiyada vətəndaş müharibəsi qaçılmazdır”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) siyasi təqiblərindən Ukraynaya qaçan millətçi Roman Striqunov ölkədəki vəziyyət barəsində danışıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, o, Rusiyada vətəndaş müharibəsinin qaçılmaz olduğunu bildirib.

“Rus mədəniyyəti demokratik mexanizmlərə qədər inkişaf etmədi. Buna görə də yalnız güc və qan ssenarisi həyata keçirilir. Rusiyada yaranmış vəziyyətdən başqa çıxış yolu yoxdur. Vətəndaş müharibəsi qaçılmazdır. Bu oliqarxlar və orta sinif, aşağılar və yuxarılar arasında qarşıdurma olacaq. Hakimiyyət dəfələrlə millətçilərin gücündən danışıb, deməli Kreml onlardan qorxur. Rusiyada gələcək inqilabı millətçilər edəcək”, - Roman Striqunov deyib.

O qeyd edib ki, Rusiya rəhbərliyinin böyük səhvini uzun müddət gözləyiblər: “Rusiya Birinci Dünya müharibəsində etdiyi səhvləri təkrarlayır. Federasiya Şurası Putinə müharibəyə başlamaq səlahiyyəti verməklə səhv etdi. Hesab edirəm ki, bu səhv Rusiyanın məğlubiyyətinə gətirib çıxaracaq. Putin Krımı zəbt etməklə böyük səhvə yol verdi. Bu, İkinci Dünya müharibəsində məğlub olmuş dövlətinin əl-qolunu aça bilər. Yaponiya Kuril və Saxalinə, Almaniya isə Kalininqrad sahəsinə iddia edir. Bundan başqa, Finlandiya Kareliyaya, Türkiyə Krım və Qafqazın bir hissəsinə, Ukrayna isə Kubana iddia edə bilər. Rusiyanın zəifləyəcəyi halda bu dövlətlər qəfildən öz tarixi ərazilərini tələb edəcək”.

Roman Striqunov deyib ki, Sibirdə də separatizm əhval-ruhiyyəsi çox güclüdür: “Həmçinin Uzaq Şərq özünün şəxsi qanunlar ilə yaşayır. Mən əminəm ki, Kalininqradda müstəqillik barədə referendum keçirilsə, əhalinin 146 faizi Rusiya tərkibindən çıxmaq və Almaniya tərkibinə daxil olmaq üçün səs verər”.

Onun fikrincə, Rusiya müxalifəti Putindən sonrakı ölkədə atılacaq addımların mexanizmini fikirləşməlidir: “Putin Kuba və ya Çindəki yoldaşlarının yanına qaçmağa qərar verərsə, müxalifət nə edəcəyini düşünməlidir. Hesab edirəm ki, Züqanov və Jirinovski kimi insanlar da öz sahibinin arxasında qaçacaq və ölkəni dağıdılmış vəziyyətdə qoyacaqlar. Liberallar və millətçilər razılaşmalı olacaq. Liberallarla millətçilər bir-birinə nifrət edirlər. Amma liberallarda pul, millətçilərdə isə güc var. Bu mükəmməl əlaqə olardı. Müxalifətin məğlubiyyətinin əsas səbəbi odur ki, onlar razılaşa bilmədilər. Hesab edirəm ki, bu güclər birləşə bilər. Məhz onlar ölkənin taleyi üçün məsuliyyəti öz üzərinə götürməyə, ölkəni Qərblə düşmənçilikdən xilas etməyə və Rusiyanın geosiyasi formatını dəyişdirməyə qadirdir”.

Rus millətçisi hesab edir ki, Rusiyada eyforiya tezliklə başa çatacaq və insanlar onların ələ salındığını anlayacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm