İspanların Oskarlı rejissoru Almadovar bu dəfə güldürəcək
Bizi izləyin

Dünya

İspanların Oskarlı rejissoru Almadovar bu dəfə güldürəcək

İspanların Oskar mükafatlı rejissoru Pedro Almadovar "Aşiq sərnişinlər" (Los Amantes Pasajeros) adlı yeni filmində iqtisadi böhrandan yorulan ispanları güldürməyə çalışacaq.

Dram ağırlıqlı olan son iki filmi "Qırıq qanadlar" (2009) və "İçində yaşadığım dəri"dən (2011) sonra yeni filminə hazırlaşan Pedro Almadovar bu dəfə komediya janrında tamaşaçıların qarşısına çıxacaq.

Publika.Az xəbər verir ki, Pedro Almadovarın qardaşı və prodüsseri Aqustin deyib ki, küçədəki insanlar Pedrodan 1980-ci illərdə olduğu kimi komediya çəkməsini istəyir:

"Artıq hər gün bir pis xəbər alırıq və Pedro da özünə uyğun zarafat anlayışıyla bir növ bu həqiqəti dəyişdirmək istəyir".

Almadovarın yeni filminin aktyor truppasında Havier Kamara, Sesilia Rot, Paz Veqa, Huqo Silvia, Villi Toledo, Lola Duenas, Blanka Suarez, Raul Areyalo, Kalos Areses, Hose Maria Yazpik və Migel Anhel Silvestrenin olacağı dəqiqləşib. Penelopa Krusz və Antonio Banderasın daxil olma ehtimalları isə yüksəkdir.

İndiyə qədər Almadovarla Penelopa Kruz 4, Antonio Banderas isə 6 dəfə film çəksə də, bu cütlük heç bir zaman eyni filmdə oynamayıblar.

2013-cü ilin payızında nümayişə çıxarılması planlaşdırılan "Aşiq sərnişinlər" filminin mövzusu haqqında isə bu açıqlama verilib:

"Təyyarəylə okeanın o biri sahilinə səyahət edən bir qrup qarşılaşdıqları bir problemdən dolayı ölümün çox yaxın olduğunu hiss edir və həyatlarının bilinməyən yönlərini bir-birlərinə danışmağa başlayırlar".

Sahilə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm