“Bu, Gürcüstanın son məğlubiyyətinə gətirib çıxara bilər”- XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Bu, Gürcüstanın son məğlubiyyətinə gətirib çıxara bilər”- XƏBƏRDARLIQ

“Rusiyada informasiyalar var ki, Gürcüstan qərb ölkələri, xüsusi olaraq ABŞ-la müasir silahların çatdırılması barədə danışıqlar aparır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Rusiyalı diplomat qeyd edib ki, ABŞ-ın Gürcüstana müasir silahları çatdırması regionda güc balansına və gürcü siyasi elitasının əhval-ruhiyyəsinə təsir edə bilər. O, məsələnin Abxaziya və Cənubi Osetiya tərəfində də müəyyən suallar yaratdığını deyib.

Rusiya Regional Təhlükəsizlik Mərkəzinin eksperti Nikolay Silayev də hesab edir ki, Gürcüstana müasir silahların çatdırılması regionda güc balansının dəyişməsi barədə mövzunu aktuallaşdırır. Ekspert xatırladır ki, keçmiş müdafiə naziri İrakli Alasaniya ABŞ-dan hava hücumuna və tank əlehinə silahların verilməsini xahiş edirdi.

Amma Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi Aleksey Fenenko qeyd edir ki, Gürcüstana ABŞ silahlarının çatdırılması real güc balansını dəyişdirməyəcək. O, qeyd edir ki, Rusiya əzici üstünlüyə malik olsa da Gürcüstana çatdırılacaq silahlar gürcü elitasının əhval-ruhiyyəsinə təsir edə bilər: “Amerikalılar gürcülərə deyə bilər ki, yenə də yoxlamaq olar. Ən təhlükəli ssenari budur”.

Lakin rusiyalı ekspert 2008-ci il avqustunun təkrarlanmayacağı qənaətindədir. Onun sözlərinə görə, bu keçmiş prezident Mixail Saakaşviliyə oxşar radikal siyasətçilərin ortaya çıxması halında mümkündür: “Düşünürəm ki, Saakaşvili kimi radikal siyasətçilər olmayacaq. Gürcüstanın rəhbərliyi bu toqquşmanın nəticəsini gözəl başa düşürlər. Rusiya ordusu ilə toqquşma Gürcüstanın son məğlubiyyətinə, gürcü dövlət quruluşunun iflasına gətirib çıxara bilər”.

N.Silayev də eyni fikirləri bölüşür: “Çox ağlasığmazdır ki, Gürcüstan Cənubi Osetiyanı Amerika silahı ilə birləşdirmək niyyətində olacaqlar. Ağlasığmazdır ki, hazırkı proseslər 2008-ci il hadisələrə gətirib çıxaracaq. Bu, Gürcüstan üçün dağıdıcı hərəkət olardı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm