• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İran Azərbaycanda Hizbullah kimi təşkilatlar yaratmağa çalışır“

  • Dünya
  • 12 May 2012 14:48
  • 152 Baxış
“İran Azərbaycanda Hizbullah kimi təşkilatlar yaratmağa çalışır“

Hollandiya "Wereldregio" qəzetinin əməkdaşı, "On File" jurnalistlər birliyinin üzvü, hazırda Hollandiyada yaşayan politoloq Vüqar Abbasovla müsahibə

- Vüqar bəy, İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") nəzdində fəaliyyət göstərən "Bəsic" (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatına üzv tələbələr, axundlar və hicab tərəfdarı qadınlar Azərbaycanın Təbrizdəki baş konsulluğu önündə aksiya keçiriblər. Yenidən, belə bir aksiyanın keçirilməsi gözlənilir. Rejim bununla nəyə nail olmaq istəyir?

- İran öz qonşuluğunda Azərbaycan kimi bir dövətin olmasını istəmir. Heç şübhəsiz ki, bunun səbəblərindən biri də İranda miyonlarla soydaşımızın yaşamasıdır. Onlar gözəl anlayırlar ki, Azərbaycanın hər iki tərəfində yaşayanlar birləşəcəyi günü gözləyirlər və tək gözləməklə kifayətlənməyib, bu yöndə işlər də görürlər. Budur rejimi narahat edən. Hansı yolla olur-olsun, millətimizi qorxuya salmaq və gələcəkdə gözlənilən birləşmə prosesinin qarşısını almaq əsas məqsədləridir. Güney Azərbaycan məsələsi İranı narahat edir və açıq demək laızmdır ki, Güney Azərbaycan faktoru İran rejimi üçün kabusa çevrilib. Sizə bir adi fakt söyləyim: Güney Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş Traktor komandasının qələbəsi yüzminlərlə insanın meydanlara çıxmasına səbəb olur. Rejim bundan narahatdır. Bütün bunların əsas səbəbini Quzey Azərbaycanın müstəqilliyində görür. Yadınızadırsa, İran xarici işlər nazir 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edərkən, Moskvada belə açıqlama vermişdi ki, Azərbaycanın müstəqil dövlət olması, İranın milli təhlükəsizliyinə böyük təklükədir. Bu İranın Azərbaycana olan siyasətini şərtləndirir.

-Sizcə, rejim bununla istədiyinə nail ola biləcəkmi?

- Mümkün deyil. Bütün dünyada İran rejiminin iç üzü açılmaqdadır və Azərbaycan cəmiyyəti bu məsələdə ayıqdır. İran Azərbaycanda özünə sosial baza yaratmaq üçün milyonlar xərcləyir və amma istədiyi nəticəni ala bilməyəcək. Azərbaycan cəmiyyəti sivil və müasirliyə meylli olduğu üçün, İranın arzuladığı radikal cərəyanın inkişafı mümkün olmayacaq. İran Azərbaycanda Hizbullah kimi təşkilatlar yaradıb sonra da onların vasitəsilə ölkə siyasətinə təsir etmək istəyir.

- İran Azərbaycanda "Avroviziya 2012" mahnı yarışının keçirilməsindən niyə belə narahat olur? Maraqlı olan odur ki, aksiya keçirilən gün yəni 8 may Şuşanın işğalı günüdür. Sizə elə gəlmir ki, bu aksiya Ermənistan səfirliyi önündə keçirilməli idi?

- Düşünmürəm ki, İran yarışmanın keçrilməsindən narahatdır. Bu sadəcə bir bəhanədir. Siz düşünürsüz ki, yarışmadan sonra İran özünün bu kimi hərəkətlərindən əl çəkəcək? Mən inanmıram.

Siz dediyiniz olsa idi, İran bununla bizə öz dostluğunu göstərmiş olardı. Halbuki İran bizə dost dövlət deyil, özünü belə göstərməyə çalışsa da. Növbəti dəfə İran bizim düşmənlərimizə öz dostluğunu ortaya qoydu. Azərbaycan daxilində nə baş verirsə, xarici siyasətimizi necə qururuqsa, bu bizim daxili işimizdir və İran bu proseslərə qiymət verəcək mənəvi haqqa malik olan ən sonuncu dövlətdir.

- Vüqar bəy, bir diaspor fəalı olaraq, Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bu məsələ ilə bağlı aktiv fəaliyyətə keçmələri gözlənilirmi?

- Konkret olaraq bu məsələ ilə bağlı hansısa tədbirlərin keçriləcəyindən məlumatsızam. Ancaq cənublu soydaşlarımız (GAİP – Güney Azərbaycan İstiqlal Pariyası) burda vaxtaşırı İran rejimi əleyhinə tədbirlər keçirirlər. Belə tədbirlərdən biri də bildiyimə görə, may ayının 20-də parlamentin qarşısında olacaq. Ancaq bununla yanaşı, bütün diaspor qurumlarımız hərəkətə keçməlidirlər və bütün Avropada İranın səfirlikləri önündə aksiyalar təşkil olunmalıdır. İran rejimi dünya azərbaycanlılarının gücünü görməlidir.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR