Türkiyə çalxalanır: Baş prokuror açıqlama yaydı
Bizi izləyin

Dünya

Türkiyə çalxalanır: Baş prokuror açıqlama yaydı

Türkiyədə bu gün həyata keçirilən və Fətullah Gülənə yaxın olan media mənsublarının həbsi ilə nəticələnən əməliyyatı bir çoxları 2013-cü ildə başlayan “Korrupsiya və rüşvət əməliyyatı”nın əvəzi sayır.

Axar.az xəbər verir ki, 2013-cü il 17 dekabrda başlayan və Türkiyəni silkələyən “Korrupsiya əməliyyatı”nda nazir oğulları da gözaltına alındı, bir neçə nazir isə istefa verməyə məcbur oldu. “Gülənin dövlət içinə sızmış adamları” olaraq xarakterizə edilən şəxslərin həyata keçirdiyi əməliyyatlar bir neçə ay davam edən böyük siyasi dalğalarla müşayiət olundu.

Hazırda isə bu zərbədən 2014 seçkilərində itki vermədən çıxan AKP-nin rəqibə qarşı sonuncu həmləsi müzakirə mövzusudur. Dekabrın 14-də keçirilən əməliyyatı siyasilər “cavab əməliyyatı” adlandırırlar və həbslərin davam edəcəyi gümanıdadırlar.

Bu arada isə Baş prokuror Hadi Salihoğlunun imzası ilə mediaya yazılı açıqlama yayılıb, əməliyyatla bağlı müfəssəl məlumat verilib. Bildirilib ki, Hidayət Karaca, Əkrəm Dumanlı, Fahri Sarrafoğlu, Hüseyn Gülərcə, Əhməd Şahin, Nuh Gönüldaş, Naci Çelik Berksoy, Alı Sami Noyan, Alı Kara, Əlif Yılmaz, Radiyə Əbru Şənvardar, Hikmət Tombulca, Salih Asan, Makbulə Çam (Elamdağ), Engin Koç, Tufan Ərgüder, Mutlu Ekizoğlu, Ertan Erçıktı, Mustafa Kılıçaslan, Fərdi Taşkaya, Ayhan Akça, Mehmet Alı Doğan, Alı Cihan, Mustafa Uyanık, Halit Akbulut, Çetin Öztürk, Rıfat Aslan, Ərdəm Kısa, Mustafa Altunbulaq, Yakub Ərgül və Rəcəp Güləçin 13.12.2014 tarixli təlimatla silahlı türror təşkilatı qurmaq, idarə etmək ittihamı ilə şübhəli qismində həbs edilmələrinə göstəriş verilib. 14 dekabr 2014-cü il tarixdə 08.00-dan etibarən əməliyyat başlayıb. İndiyə qədər 12 nəfər həbs edilib. Şübhəli Əkrəm Dumanlı polislərə təslim olmadığı üçün həbs qərarı “Zaman” qəzetinin binasında yerinə yetirilib. Əməliyyat davam edir”.

Hazırda bu həbslərə etiraz edən bir qrup şəxs isə Ankara məhkəmə binası önündə müxtəlif şüarlarla aksiya keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm