İŞİD-in “əqrəb müharibəsi” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD-in “əqrəb müharibəsi” – ŞOK İDDİA

İraq və Suriyanın xeyli ərazisinə nəzarət edən “İslam Dövləti” (İŞİD) terror qruplaşması döyüş meydanlarında yeni və qorxunc üsullardan istifadə etməyə başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD artıq zəhərli əqrəblərdən istifadə edir.

Məlumata görə, terror qruplaşması zəhərli heyvanları balonlara dolduraraq şəhərləri və qəsəbələri bombalayır.

NATO-nun bioloji və kimyəvi silah üzrə keçmiş cavabdeh səlahiyyətlisi Hamiş Bretton-Gordon “bu bir dəlilikdir. İŞİD qorxu saçan silahlar və bunları atacaq cihazlar yaradır. Əqrəb bombaları da qorxu yaradır. Əqrəblər güclü heyvanlardır, kilometrlərlə uzağa atılmasına baxmayaraq, balon partlayan kimi sürətlə yayılırlar. Bəzi əqrəblər olduqca zəhərlidir, amma əsas məqsəd qorxu yaratmaqdır” deyib.

Əqrəb bombasının keçmişi eramızdan əvvəl 198-ci ilə gedib çıxır. O dövrdə iraqlılar bu bombalardan Roma-İran döyüşlərində özlərini romalılardan qorumaq məqsədi ilə istifadə ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm