Mövlud Çavuşoğlu İrana gedir
Bizi izləyin

Dünya

Mövlud Çavuşoğlu İrana gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Tehrana səfər edəcək. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Bir günlük səfər zamanı M.Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və regiondakı problemlərin həlli yolları müzakirə olunacaq.

Türk nazirin iranlı həmkarı ilə birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, bu, M.Çavuşoğlunun xarici işlər naziri kimi İrana ilk səfəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm