• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İranla bağlı kəşfiyyat məlumatları üzə çıxdı

  • Dünya
  • 9 Aprel 2012 14:43
  • 166 Baxış
İranla bağlı kəşfiyyat məlumatları üzə çıxdı

ABŞ-ın "Washington Post" qəzeti Barak Obama hökumətinin İranla bağlı apardığı kəşfiyyat məlumatlarını üzə çıxarıb.

Publika.Az-ın "milliyet2ə istinadən verdiyi xəbərə görə, "Washington Post" Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) rəsmiləri ilə görüşərək, təşkilat daxilində İranla bağlı xüsusi şöbə yaradıldığını, yeni peyk görüntülərinin işə salındığını və cəsus şəbəkəsini genişləndirildiyini yazıb.

CİA-nın verdiyi ən maraqlı məlumat isə, İranın pilotsuz təyyarələrlə izlənilməsi olub. 3 il əvvəl başladılan əməliyyatlar çərçivəsində “RQ-170 Sentinel” adı verilən təyyarələr İran üzərində yüzlərlə uçuş keçirərək, çoxlu obyektlər görüntüləyib. CİA agentləri isə İranın cəsus təyyarələrini görməməsi üçün hər şeyi ediblər. Ötən il İranda qəzaya uğrayan pilotsuz təyyarə də bunlardan biri idi. İranın vurduğunu, ABŞ-ın isə texniki problem baş verdiyini söylədikləri kəşfiyyat təyyarəsi iki ölkə arasında ciddi böhrana səbəb olmuşdu.

CİA rəsmiləri isə təyyarənin qəzaya uğramasından sonra İran üzərindəki uçuşların azaldıldığını, ancaq tamamilə dayandırılmadığını söyləyib.

Proqram başladığı zaman CİA-nın direktoru olan Maykl Hayden sadəcə İran üçün ayrılmış bir şöbənin qurulduğunu deyib. "Fars evi" adlandırılan bu şöbə İran liderləri, ordusu və İnqilab Keşikçiləri haqda məlumatlar toplayır.

Şöbənin cəsusları Yaxın Şərqdən Latın Amerikasına qədər bütün ərazilərdə bütün e-mailləri, elektron hesabları yoxlayırlar.

Şöbənin Obamaya verdiyi hesabatlarda İran liderlərinin hələ nüvə silahı yaratmaq məsələsində qərar vermədikləri göstərilir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR